22 Oktyabr 2020 11:48
2 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Terrorçuların düşərgələri Laçın-Kəlbəcər xəttində Ermənistan və Qarabağ arasında “logistika dəhlizi” kimi yerləşir. Qarabağın ən məhsuldar su ehtiyatlarına sahib olduğu bölgə, eyni zamanda zəngin yeraltı mənbələrə malikdir. Qızıl və mis başda olmaqla 155 ayrı mineral yatağı beynəlxalq təşkilatlar tərəfindən qanunsuz istismar olunur və bu təşkilatlar bu mənbələri Suriyada olduğu kimi burada da qoruyur”.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazıb.

Nəşr qeyd edir ki, işğal edilmiş Dağlıq Qarabağda PKK/YPG terrorçularından əlavə 2019-cu ilin aprelində Suriyada PKK-nın daxilində yaradılan “Nübar Ozanyan” taborunun yaraqlıları da var:

“PKK üzvlərinin Laçında yerləşən bir düşərgəsi daha çox mərkəzə bənzəyir. Bu düşərgədə silah anbarları, xüsusi təlim üçün bir meşə sahəsi və mərkəzi qərargah var. 2017-ci ildə Raqqada öldürülən TİKKO liderinin adını daşıyan “Nübar Ozanyan” taborunun əsas mərkəzi də Kəlbəcərdir. Terror təşkilatının media orqanları PKK-nın bölgədəki varlığını gizlətmir.

Azərbaycan kəşfiyyatı düşərgələrdə vuruşan terrorçuların şəxsiyyətlərini müəyyənləşdirib. Azərbaycan mətbuatında müəyyən edilmiş adlarla bağlı şəxslərin portretləri var. Həmin portretlərdən biri də Laçındakı düşərgələrdə olan Raqqadan Ermənistana gedən D. A. adlı terrorçuya aiddir. Əvvəllər terror təşkilatlarının media orqanlarında çıxış edən D.A.-nın 9 ay Suriyada cəbhə bölgəsində qaldığı bildirilir”.

“Yeni Şafak” bildirir ki, Ermənistan Şimali İraqdan qaçan PKK terrorçularını 2008-ci ildən bəri Dağlıq Qarabağda yerləşdirir:

“Rusiyada fəaliyyət göstərən Kürd Vətəndaş Cəmiyyəti Təşkilatlarının Beynəlxalq Birliyinin o dönəmdəki rəhbəri Merab Şamoyev bir qrup terrorçu ilə Xankəndini ziyarət etmiş, İraq və Türkiyədən gətirilən PKK terrorçularının Laçın və Kəlbəcərdə yerləşdirilməsini müzakirə etmişdi. 1992-ci ildən bəri işğal altında olan Kəlbəcər və Laçın bölgələri Ermənistanla Qarabağ arasındakı əlaqə baxımından kritik əhəmiyyətə malikdir.

Qarabağda Azərbaycan ordusuna qarşı döyüşən “Nübar Ozanyan” erməni taborunda dünyanın hər yerindən terrorçular var. Yunan mediasına danışan tabur komandiri Nübar Melkonyan qrupunun Hələb, İngiltərə, Fransa və ABŞ-dan olan erməni könüllülərindən ibarət olduğunu söyləyib.

Melkonyan könüllülərə erməni dili və mədəniyyəti barədə məlumat verilmədiyini vurğulayıb və bu insanların taborda təlim keçdiyini deyib. Digər bir müsahibədə Melkonyan erməni muzdlu taborunun Rəsulayn, Təl-Temir və Əbdüləziz dağı da daxil olmaqla Haseke bölgəsində vuruşduğunu açıqlayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər