“Türkiyə dövləti haqq işində sonuna qədər azərbaycanlı qardaşlarını dəstəkləyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Müdafiə naziri Hulusi Akar deyib.
Nazir otuz il ərzində beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan münaqişəsinin həllində irəliləyişə nail olmadığını bildirib:
“Otuz ildə nə edildi? Ortada böyük bir heçlik var. Azərbaycanlı qardaşlarımız Ermənistanın hücumlarını artırdıqdan sonra öz torpaqlarını almaq üçün hərəkətə keçəndə, bu otuz il ərzində susanlar sülh, atəşkəs, dialoq və müzakirələrdən danışmağa başladılar. Bu, qətiyyən səmimi deyil, bu, heç kimi qane etmir. Bunun çox sadə bir yolu var, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini tərk edəcək, bölgəyə gətirdiyi muzdluları çıxaracaq, terrorçuları bölgədən göndərəcək və məsələyə son qoyacaqdır. Bu qədər sadədir.
Biz də Prezidentimizdən başlayaraq, Azərbaycanın haqq işini ən yüksək - Türkiyə dövləti və xalqı səviyyəsində sonuna qədər dəstəkləyirik, azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu bildirdik, sonuna qədər dəstəkləməyəcə davam edəcəyik”.