23 Oktyabr 2020 22:10
1 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbrizdə Azərbaycan Silahlı Qüvvələrinə dəstək aksiyasında saxlanılan 10 güney azərbaycanlı qadın milli-mədəni fəal sərbəst buraxılıb.

Teleqraf.com xəbər verir ki, milli fəallar - Mina Vəlipur, Sara Turi, Məlihə, Şima Almasi, Fatimə İbrahimzadə, Məhtab Əsğərinejad, Aylın Şirzadi, Həkimə Əhmədi, Səkinə Əbədi və Kövsər Neməti sözügedən aksiyada İran polisi tərəfindən saxlanılmışdı.

Səbəst buraxılan Kövsər Nemətinin 13 yaşı var. O, Fatimə İbrahimzadənin qızıdır.

Xatırladaq ki, oktyabrın 18-də Güney Azərbaycan şəhərlərində Nurduz sərhəd məntəqəsinin bağlanması tələbi və İranın Ermənistana dəstəyinə qarşı keçirilmiş aksiyada çox sayda qadın milli fəal da tutulub.


Müəllif: Mənsur Rəğbətoğlu