24 Oktyabr 16:31
255

Oktyabrın 24-də saat 15.25 radələrində Ağdərə rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.


Müəllif: Teleqraf.com