“Bu dəfə ABŞ-ın vasitəçilik etdiyi 3-cü atəşkəs cəmi 5 dəqiqə sonra Ermənistan tərəfindən Azərbaycanın Tərtər rayonunun kəndləri atəşə tutulmaqla açıq şəkildə pozuldu”.
Teleqraf.com xəbər verir ki, bunu I vitse-prezident Mehriban Əliyevanın köməkçisi Emin Hüseynov bildirib.
O, qeyd edib ki, bu bir daha Ermənistan rəhbərliyinin niyyətini ortaya qoyur: “Qaniçən Paşinyan yenə müharibəyə təhrik edir! Nəhayət dünya bu faşist rejimin ikiüzlü bir mahiyyətini görməlidir”.