ABŞ Prezidenti Donald Tramp Dağlıq Qarabağda atəşkəslə bağlı razılaşmasının pozulmasından məyus olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd edək ki, oktyabrın 25-də Azərbaycan və Ermənistan XİN rəhbərləri Vaşinqtonda Qarabağda humanitar atəşkəs rejiminin tətbiq olunmasına dair razılıq əldə etmişdilər.
Amma Ermənistan tərəfi atəşkəs elan olunandan bir neçə dəqiqə sonra Azərbaycan ordusunun mövqelərini və mülki şəxsləri atəşə tutub.