“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı liderlərlə danışıqlarımız davam edir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyənin dövlət başçısı sonuncu dəfə bu məsələni Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etdiyini bildirib:
“Sanki ipin üstünə un səpirdilər, hər iclasda oturub (Minsk qrupu nəzərdə tutulur-red.) dağılışırdılar. Ermənilər hücum etdilər, azərbaycanlı-türk qardaşlarım özlərini müdafiə etmək nöqtəsinə gəldilər. Proses dayanmayıb, liderlərlə görüşlərimiz davam edir.
Putinlə prosesi ətraflı müzakirə etdik. “Artıq Qafqazda buna son verək” dedik. İstəsən, bunu birlikdə həll edə bilərik. Sən Paşinyanla, mən də qardaşım İlhamla danışım, gəl bu məsələni gözəl bir yerə bağlayaq. Nümayəndə heyətini göndər, gəlsinlər, bizim nümayəndə heyətimizlə danışıqlar aparaq. Bəs bu məsələni həll edəcəyik, yoxsa yox?
Bundan əvvəl onlarla “5+1” formatında söhbət etdik. Səmimi bir addım atacağıqsa, gəl edək. Bu işi bitirməliyik.
Biz səmimiyik, sənin də səmimi olduğuna inanıram. Ümid edirəm ki, bunu yekunlaşdıracağıq. “Qırmızı xətlərimiz” keçiləndə atamızın oğlu olsa da göz yummayacağıq”.