30 Oktyabr 2020 15:58
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhərlərinə raketlə zərbə endirməsi onların cəbhədə uğursuzluğu ilə bağlıdır”.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı ilkin istintaqın nəticələrinə dair, o cümlədən digər əhəmiyyətli mövzularla bağlı keçirilən brifiniqdə deyib.

Kamran Əliyevin sözlərinə görə, bunu cəbhədə Azərbaycanın qazandığı uğurlar və şəhərlərimizə zərbə endirildiyi günlərin üst-üstə düşməsi də sübut edir.

"Bu cinayətlərin törədilməsində birbaşa əlaqələr var. Məsələn, oktyabrın 9-da Hadrut azad edilib, 9-da Ağdamın Kəmərli kəndinə, oktyabrın 11-də isə Gəncəyə raket zərbələri endirilib. 15-də Xocavənd və Füzuli rayonlarının kəndləri azad edilib, həmin vaxt Tərtərdə qəbiristanlığa zərbə endirilib, 4 nəfər qətlə yetirilib. Xudafərin körpüsü azad edilən zaman dərhal Tərtər rayonunun Cəmilli kəndini atəşə tutublar. Növbəti uğurlar zamanı Qəbələ və digər yaşayış məntəqələrinə zərbələr endirilib" - deyə baş prokuror qeyd edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər