Müğənni Vüqar Muradov cəbhə bölgəsinə gedib.
Teleqraf.com xəbər verir ki, Vüqar Muradov sosial şəbəkədə foto paylaşaraq döyüşə getdiyini vurğulayıb:
"10 gündür ki, ön cəbhədəyəm. Azərbaycan Respublikasına xidmət edirəm və şərəf duyuram. Oxumaq üçün yox, vuruşmaq üçün gəlmişəm. Tezliklə Şuşada görüşərik. Özünüzdən muğayat olun, torpaq öz oğullarının yolunu gözləyir".