3 Noyabr 2020 01:16
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibə uzağı bir həftəyə bitəcək. Çünki Ermənistanın elə resursu yoxdur. Nə maddi, nə hərbi, nə iqtisadi, nə də insani resursları. Dünyada elə bir dövlət qalmayıb ki, onun zəhləsini tökməsinlər. Hamıya yalvarırlar ki, bizə kömək edin, bizi xilas edin. Məncə Bayraq Gününə qədər bayrağımız Şuşada dalğalanacaq.

Bu fikirləri Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.

O, əlavə edib ki, müharibədən sonra Azərbaycan böyük işlər görəcək: Bildiyiniz kimi artıq Azərbaycan dövləti işğaldan azad olunan ərazilərimizdə fəaliyyətə başlayıb. Yol çəkilir, elektrik enerjisi çəkilir. Yəni addımlar atılır. Şəxsən Qarabağda hansı işi versələr gedib işləyərəm. Lap Xankəndində. Mən ən pis vaxtlarda 3 il Xankəndində işləmişəm və oranı yaxşı tanıyıram. Cənab prezident müraciət etsə ki, işləmək üçün Qarabağa mütəxəssis lazımdır. Mən hazır. Universitetlər açılarsa dərs deyərəm. Gömrük idarəsi açılarsa orada da çalışa bilərəm. Kənd təəssərüfatı işi olsa onunla məşğul olaram. Yəni bildiyim sahələrin hər birinə girişər, Qarabağda vəziyyətin normallaşmasına xidmət edə bilərəm”.


Müəllif: Cavad

Oxşar xəbərlər