Noyabrın 3-də Ermənistan silahlı qüvvələri cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma keçməyə cəhd göstərib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Teleqraf.com-a məlumat verilib.
Bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alınıb və o, ağır itkilərə məruz qalaraq geri çəkilməyə məcbur edilib.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.