3 Noyabr 2020 20:50
4 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dağlıq Qarabağda tez bir zamanda dayanıqlı atəşkəs əldə etmək mümkün olmasa da, bölgədəki bütün təsirlərimizdən istifadə etməyə davam edəcəyik ki, hərbi ssenarinin daha da irəliləməsin. Tərəflər arasında dialoq qurmaq və Bakı ilə İrəvanı danışıqlar masasına oturmağa inandırmaq üçün türkiyəli tərəfdaşlarımızla çalışacağıq".

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Kommersant" qəzetinə müsahibəsində bildirib.

Rusiyalı nazir qeyd edib ki, Moskva və Ankara çevik, praqmatik yanaşma göstərə bilən və bir-biri ilə əməkdaşlıq edərkən strateji baxışı rəhbər tutan iki sıx tərəfdaşdır: "Rusiya və Türkiyə diplomatları, hərbi və xüsusi xidmət orqanları arasında işgüzarlığın və maddi əməkdaşlığın canlı nümunəsi Suriya və Liviyada olandır. Dağlıq Qarabağ məsələsində isə vəziyyət kökündən fərqlidir".

Rusiya XİN başçısı həm münaqişə tərəfləri, həm də xarici tərəfdaşlar üçün atəşkəs razılaşmalarına, nəzarət mexanizminin yaradılmasına və konkret cədvəllə mənalı danışıqlar prosesinin bərpasına ciddi şəkildə riayət etməyin vacib olduğunu vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər