"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün biz bütün tərəfdaşlarla, o cümlədən tərəflərin qonşuları ilə işləməyin tərəfdarıyıq".
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "Kommersant" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar formatının dəyişdirilməsinə dair təkliflər Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə müzakirə olunub.
"Danışıqlar formatı ilə bağlı çoxlu təkliflər var, o cümlədən formatın genişləndirilməsi, dəyişdirilməsi və s. Biz bütün tərəfdaşlarla işləməyin tərəfdarıyıq, o cümlədən tərəflərin qonşuları ilə işləməyin tərəfdarıyıq”.