4 Noyabr 2020 17:37
1 214
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğal edilmiş ərazilərimizin azad edilməsi əməliyyatları keçirən Silahlı Qüvvələrimizə aid olan qoşun növlərinə Hərbi Hava Qüvvələri də daxildir.

Teleqraf.com Azərbaycan Hərbi Hava Qüvvələrinin sahib olduğu döyüş təyyarələri barədə məlumatları, onların taktiki-texniki xüsusiyyətlərini təqdim edir.

MiQ-29

Sovet İttifaqında dizayn olunmuş iki mühərrikli, çoxməqsədli, dördüncü nəsil döyüş təyyarəsidir. Bu qırıcının istehsal olunmasında ilkin məqsəd düşmən qırıcıları ilə havada mübarizə aparmaq hesab olunsa da, sonradan müxtəlif döyüş əməliyyatlarında istifadə edilə bilən çoxməqsədli qırıcıya çevrilib. Çoxməqsədli MiQ-29M və hərbi dəniz qüvvələri üçün nəzərdə tutulmuş MiQ-29K da daxil olmaqla indiyə qədər bir neçə variantı istehsal olunub ki, bunlardan da ən müasiri MiQ-35 hesab olunur. MiQ-29 döyüş təyyarələrinin istehsalı Rusiyanın Birləşmiş Aviasiya Korporasiyası tərəfindən davam etdirilir.

Konstruksiya

Təyyarənin gövdəsi əsasən allüminium ərintilərindən və dəmirdən, bəzi detallarda isə titan və qatışıq materiallardan istifadə edilib. Qanadların əyilməsi ön kənarlara görə 42 dərəcədir. Stabilizatoru tam dönməyə və differensial əyilməyə imkan verir. Şassi üçdayaqlıdır: tək qabağda, cüt arxada. Mühərrikləri 1972-ci ildə layihələşdirilmiş RD-33 tiplidir. Kabinə əvvəlki Sovet qırıcıları təyyarələrinə məxsus tərzdə qurulmuşdur: mərkəzi idarə rıçaqı, sol əllə idarə edilən sürət nizamlayıcısı və məlumatların ön şüşədə əks olunmasını təmin edən sistem.

Silahlanması

Silahlanmasında iç dayaqlarda daşınıla bilən, orta məsafəli hava-hava tipli idarəedilməyən bomba və raketlər daxildir. Bəzi sovet qırıcıları tək nüvə bombası da daşıya bilirlər. Təkmilləşdirilmiş versiyaları lazer başlıqlı, elektro-optik və hava-yer tipli raketlər də daşıya bilirlər.Bundan əlavə, MiQ-29 yaxın məsafəli döyüşlər üçün effektiv atış uzaqlığı 1200–1800 metrdir.

Taktiki-Texniki Xarakteristikası

Ümumi parametrlər

Heyət: 1

Uzunluğu: 17,37 m

Qanad qolayı: 11,4 m

Hündürlük: 4,73 m

Qanadının sahəsi: 38 m2

Boş çəki: 11,000 kq

Yüklü çəki: 16,800 kq

Maksimal qalxma çəkisi: 21,000 kq

Uçuş keyfiyyətləri

Uçuş məsafəsi: daxili yanacaq çənləri tam dolu olduqda 1,430 km

Maksimal uçuş məsafəsi: 2,100 km

Uçuş tavanı: 18,013 m

MiQ-25 (NATO kod adı: Foxbat Foksbet)

SSRİ istehsalı olan biryerli, yüksək hündürlükdə və yüksək sürətlə uça bilən qırıcı təyyarəsi. Təyyarənin hissələrinin çoxu əl ilə və olduqca kobud şəkildə qaynaq olunub. Təyyarənin elektronika sistemlərinin çox hissəsi vakuum diodlarından ibarətdir. Bu seçimin üç əsas avantajı var: Vakuum diodlu sistemlər yüksək sürətin nəticəsi olaraq yüksək temperatura dayanmaqla bərabər, tranzistor bazalı müasir sistemlərdən fərqli olaraq hava soyutması tələb etmir. Vakuum diodlu sistemlərin istifadə olunması sayəsində təyyarənin Smerch-A radarı 600 Kilowatt kimi qorxunc bir gücə malikdir. Heyrətləndirici sürətinin əvəzində MİQ-25-in uçuş mənzili sadəcə 1200 km-dir. Maksimum sürəti məlum deyil. Bunu sınaqdan keçirməyə şərait olmayıb.

Xüsusiyyətlər

Ümumi

Ekipaj: Bir nəfər

Uzunluq: 19.75 m

Qanad məsafəsi: 14.01 m

Hündürlük: 6.10 m

Qanad səhəsi: 61.40 m²

Ağırlıq (boş): 20,000 kq

Ağırlıq (yüklü): 36,720 kq

Uçuş məsafəsi: 1,730 km

Maksimum uçuş hündürlüyü: 25,700 m (4 raketlə)

Qanad yükü: 598 kq/m²

Silahlar

2 radar-yönləndirməli R-40R hava-hava roketi

2 infraqırmızı-yönləndirməli R-40T roketi

Naviqasiya

RP-25 Smerç radarı

Suxoy Su-25 (NATO kod adı: Frogfoot)

SSRİ tərəfindən istehsal edilən iki mühərrikli, tək oturacaqlı hücum və hava dəstək təyyarəsi. Bu təyyarə Sovet Quru Qoşunlarını yaxın hava dəstəyi ilə təmin etmək məqsədilə konstruksiya olunub. Bu döyüş təyyarəsinin ilkin variantlarına iki oturacaqlı təlim-döyüş təyyarəsi olan Su-25UB, Su-25BM, həmçinin xarici ölkələrə ixrac üçün nəzərdə tutulmuş Su-25K daxildir. Su-25 döyüş təyyarəsinin müxtəlif variantları 30 ildən çox müddətdir ki, bir çox döyüş əməliyyatlarında aktiv istifadə olunur.

Azərbaycan Hərbi Hava Qüvvələri müstəqillik dövründə 5 ədəd Su-25 döyüş təyyarəsi itirib. Azərbaycan HHQ-nin ilk döyüş təyyarəsi də məhz Su-25 olub. Bu təyyarəni Milli Qəhrəman, ilk pilot, leytenant Vaqif Qurbanov 1992-ci il aprelin 8-də keçmiş Sovet Ordusunun Sitalçay aviabazasından qaçıraraq Qarabağ döyüşlərində istifadə edib. Yevlax Hava Limanında bazalaşdırılan bu təyyarə vasitəsilə azərbaycanlı pilot döyüşdə ermənilərin onlarla texnikasını, silah anbarını, 1 ədəd hərbi vertolyotunu, 1 ədəd YaK-40 təyyarəsini məhv edib. Vaqif Qurbanovun idarə etdiyi Su-25 təyyarəsi 1992-ci il iyun ayının 13-də Əsgəran üzərində ermənilər tərəfindən vurulub.

Taktiki-texniki xüsusiyyətləri

Ümumi göstəricilər

Ekipaj: 1 nəfər

Uzunluğu: 15.53 m

Qanad genişliyi: 14.36 m

Hündürlüyü: 4.80 m

Boş çəki: 9,800 kq

Yüklü çəki: 14,440 kq

Maksimum qalxma ağırlığı: 19,300 kq

Uçuş keyfiyyətləri

Maksimum sürət: Mach 0.82 (975 km/s) - dəniz səviyyəsində

Məsafə: 1,000 km

Döyüş radiusu: 750 km dəniz səviyyəsində, 2 daxili yanacaq çəni, 4,400 kq silahlarla

Uçuş tavanı: 7 km (5 km maksimum silahla)

Yüksəkliyə qalxma sürəti: 58 m/s


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər