Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Teleqraf.com-un Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan telefon söhbətində Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasının vacibliyini diqqətə çatdırıb.