8 Noyabr 2020 15:10
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heyfslənirəm ki, Süleyman Ələsgərov, Vasif Adıgözəlov bu günü görə bilmir. Şuşalılar rəhmətə gedəndə onların bir arzusu var idi, kaş Şuşanı görəydim, sonra nə istəyirsinizsə, olsun. Ali Baş Komandan, Ordumuz bizə belə hədiyyə verdi... Cənab prezident çox mühüm məqama toxundu, bu yumruq həm hərbçi yumruğudur, həm də birliyin yumruğudur.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Şuşanın işğaldan azad olunması haqqında danışarkən deyib.

"1993-cü ildə çox ağır dönəmi yaşayırdıq. Bu yumruqla belə birliyi çoxdandır görməmişik. İndi yeni bir millətik. Hər zaman Moskvaya gedəndə başıaşağı, məyus idik. Ermənilər gəlib bizim yanımızda deyirdilər ki, siz uduzmusunuzz, biz qalib gəlirik. O kompleks getdi. Artıq 8 may tarixə qovuşdu, bu gündən sonra 8 noyabr deyəcəyik. Yadımdadır, Polad Bülbüloğlu ilə Şuşaya getmişdik, Bülbülün evinə daxil olan kimi mən özümü saxlaya bilmədim. Polad möhkəmdir, dik durdu və dedi "arıxma, biz Şuşaya qayıdacağıq"".

Xalq artisti qeyd edib ki, mübarizəmiz davam edir:

"Hələ Kəlbəcər, Laçın qalıb. Müharibə davam edir. Döyüşən aslanlarımıza can sağlığı arzulayıram. Özlərini qorusunlar. Xəbərlər bir həftə gec gəlsin, təki onlara nə isə olmasın. Azərbaycan Ordusunun əməliyyatı nümunəvi əməliyyatdır. Allah ordumuzu qorusun".


Müəllif: Aysel Azad