Şuşa şəhəri böyük əhəmiyyətə malikdir. Şəhərə nəzarət Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində mövqelərinin güclənməsi deməkdir.
Teleqraf.com xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında səfir, 1992-1996-cı illərdə Rusiyanın vasitəçilik missiyasının rəhbəri, Rusiya Federasiyası Prezidentinin Dağlıq Qarabağ üzrə səlahiyyətli nümayəndəsi və ATƏT-in Minsk qrupunun həmsədri, "Qarabağa sülh" kitabının müəllifi Vladimir Kazimirov bildirib.
"Əlbəttə, Şuşa böyük əhəmiyyət daşıyır. Məsələ ondadır ki, o, Xankəndinin (Kazimirov bir ermənipərəst kimi “Stepanakert” deyir-S.Həmid) üstündə yerləşir. Azərbaycanlılar 1992-ci ildə elə Şuşa rayonundan Xankəndini atəşə tuturdular. Sözsüz ki, Azərbaycan müəyyən hərbi uğurlara nail olub, bunu inkar etmək çətindir”, – deyə V.Kazimirov qeyd edib.
O, azərbaycanlı əhalinin tarixən Şuşada üstünlük təşkil etdiyini xatırladıb.
Ekspert Qarabağ münaqişəsinin gələcəkdə dinc nizamlanma perspektivlərinə şübhə etdiyini bildirib:
“Perspektivlərə gəlincə, bu münaqişənin bəlası tərəflərin qarşılıqlı inamsızlıqla doymasındadır. Bu mənada vasitəçilərin rolu çox risklidir, çünki hər tərəf vasitəçinin qarşı tərəfin maraqlarına xidmət etdiyini hesab edir”.
“Hazırkı anda hər kəs hərbi əməliyyatların gedişi, kimin və nə qədər irəlilədiyi və sair məsələlərlə maraqlanır. Beləliklə, 26 ildir davam edən atəşkəsi kimin pozduğu sualı yoxa çıxır”, – deyə keçmiş həmsədr qeyd edib.