9 Noyabr 2020 16:42
3 491
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz ötən gün göz yaşları içində qardaşım İlham Əliyevin Şuşanın azad edilməsindən sonrakı çıxışını izlədik”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İndi Əfqanıstandayıq, Azərbaycandayıq. Niyə? Çünki soydaşlarımızdır. Minsk Qrupu 28 il davam edən işğala həll tapa bilmədi. Həmişə baş qatdılar. Çünki məsələni həll etmək kimi bir dərdləri yoxdur.

İndi azərbaycanlı qardaşlarımız göbəklərini özləri kəsdi, işini bitirdilər. Biz ötən gün göz yaşları içində qardaşım İlham Əliyevin Şuşanın azad edilməsindən sonrakı çıxışını izlədik. Qısa vaxtda işğal altındakı bütün torpaqlar öz sahiblərinə qaytarılacaq”, - Türkiyə lideri bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər