Misir Ərəb Respublikasının Ayn Əş-Şəms Universitetində təhsil alan və eyni zamanda Azərbaycan dilini öyrənən misirli tələbə Esra Adil ölkəmizə dəstəyini ifadə edib.
Teleqraf.com xəbər verir ki, o öz dəstəyini çəkib “Feysbuk”da yerləşdirdiyi video ilə bildirib.
Esra Adil bütün misirlilərə və ərəb dünyasına müraciət edərək onlardan azərbaycanlı qardaşlarının mövqeyinə nəzər yetirməyi xahiş edib. Qeyd edib ki, onlar yalnız və yalnız öz ərazi bütövlüyünün bərpasını istəyirlər.
Təqdim olunan digər videoda isə yenə də həmin universitetdə Azərbaycan dilini öyrənən tələbələr əks olunub. Onlar Səməd Vurğunun dillər əzbəri olan “Azərbaycan” şeirindən bir bənd deyirlər.
Qeyd edək ki, ikinci video koronavirus pandemiyasından əvvəl çəkilib.