BMT Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması səylərinə görə Rusiyaya minnətdarlığını bildirir.
Teleqraf.com-un məlumatına görə, bunu brifinq zamanı BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
S.Düjarrik deyib ki, BMT Baş katibi Antonio Quterreş razılaşmanın əldə edilməsini rahatlıq hissi ilə qarşılayıb:
"Rusiya hakimiyyətinə etdiklərinə görə çox minnətdarıq".
Baş katibin nümayəndəsi BMT-nin diqqətinin "hər zaman həyatların qorunması və hərbi əməliyyatları dayandırmaq və humanitar keçidinə yönəldiyini" vurğuladı.