Bu yaxınlarda aktiv hərbi əməliyyatların baş verdiyi Dağlıq Qarabağdakı “Cənub” məsuliyyət zonasında noyabrın 12-dən etibarən mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün sülhməramlıların müşahidə postlarının yerləşdirilməsi planlaşdırılır.
Teleqraf.com xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş əməliyyat idarəsinin rəisi, general-polkovnik Sergey Rudskoy bildirib.
“Mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün iki gün əvvəl aktiv hərbi əməliyyatların baş verdiyi “Cənub” məsuliyyət zonasında müşahidə postlarının yerləşdirilməsi planlaşdırılır”, – deyə S.Rudskoy çərşənbə günü keçirdiyi brifinqdə qeyd edib.