11 Noyabr 2020 21:33
3 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanı Türkiyənin bir vilayətinə çevrilməsinə aparırıq”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

“Nikol Paşinyan hakimiyyətdə qalsa, sabah İrəvanı təslim etməyəcəyinə əmin deyilik. İmzalanmış bəyanatdan xəbərsiz olduğunu bəyan edən ölkə prezidentinə necə dözə bilərik?”, - Baqratyan bildirib.

O, Paşinyanı Şuşa və Hadrutu planlı şəkildə Azərbaycana təhvil verməkdə ittiham edib.

Baqratyan polisə müraciət edərək, İrəvanda hakimiyyətə qarşı başlayan aksiyalara qoşulmağa çağırıb.

Əlavə edək ki, İrəvanda hakimiyyət əleyhinə aksiyalar başlayıb. Etirazçılar Nikol Paşinyanı xəyanətdə ittiham edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər