12 Noyabr 2020 23:27
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa gələn həftə Moskvada, daha sonra BMT-də Dağlıq Qarabağla bağlı ATƏT-in Minsk qrupu iclaslarında iştirak edəcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə Fransa Xarici işlər naziri Jan-İv Le Drian Senatda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, Dağlıq Qarabağda atəşkəsin olması yaxşı xəbərdir, lakin ona tam şəkildə əməl edilməlidir.

Onun sözlərinə görə, "indi əldə edilmiş razılaşmalar əsasında münaqişənin həllinə doğru irəliləmək lazımdır."

Nazir bildirib, Minsk qrupa Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Michael Pompeo və Jan-İv Le Drian özü həmsədrlik edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər