14 Noyabr 2020 15:40
2 522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbi polisi (sülhməramlılar) noyabrın 14-dən Qarabağda patrul xidmətinə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkova istinadən məlumat yayıb.

Məlumata görə, patrul xidməti “Şimal” və “Cənub” məsuliyyət sahələrində həyata keçiriləcək.

Qeyd edilir ki, plana görə, sülhməramlılar Şimal və Cənub məsuliyyət bölgəsində yerləşdiriləcək. Birincisi, xüsusilə Xankəndi, Ağdam və Laçın rayonlarına bitişik əraziləri əhatə edir. İkincisi, Tərtər və Ağdam rayonlarının şimal hissələri və Xocavənd qəsəbəsidir. Bildirilir ki, Rus sülhməramlıları qanunla fəaliyyət göstərəcəyi ərazilərdə 12 müşahidə postu yaradıb. Rusiya Müdafiə Nazirliyinin rəsmisi deyib ki, Rus sülhməramlılarının köməyi ilə ölənlərin cəsədlərinin mübadiləsi Şuşa ərazisində həyata keçirilir.


Müəllif: Cavad

Oxşar xəbərlər