15 Noyabr 2020 15:44
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlkin araşdırmalar zamanı Ermənistanın işğal edilmiş ərazilərimizdəki maddi-mədəniyyət abidələrinə, xüsusilə məscidlərimizə və digər dini abidələrimizə zərər vurduğunu açıq şəkildə görürük.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

H.Hacıyev bildirib ki, onlar bu abidələrdə donuzların saxlanılmasından başlamış abidələrin məhv edilməsi istiqamətində bütün əməlləri törədiblər:

“İşğal altında olan ərazilərimizin azad edilməsi başa çatdıqdan sonra aparılan daha təfərrüatlı araşdırmalar nəticəsində Ermənistanın illər uzunu həmin ərazilərdə törətdiyi bu qanunazidd əməllərin nəticələri özünü daha aydın büruzə verəcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər