Rusiya Müdafiə Nazirliyi Xankəndidə İdarələrarası Humanitar Müdaxilə Mərkəzi yaratmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federasiyası Milli Müdafiə İdarəetmə Mərkəzindən məlumat verilib.
Məlumata əsasən, bu məqsədlə artıq formalaşmaqda olan mərkəzin əməliyyat qrupu Xankəndidə Rusiya Federasiyasının sülhməramlı kontingentinin tərkibində yerləşdirilib.