Video əlavə olunub:
***
11:09
Dağlıq Qarabağdan qaçan daha 475 erməni Rusiya sülhməramlılarının müşayiəti ilə Xankəndinə qaytarılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan əvvəl 250 nəfərin Xankəndinə qaytarıldığı bildirilib.
“19 avtobusdan ibarət konvoyda 475 nəfər Xankəndiyə qayıdıb. Konvoy Rusiya sülhməramlı kontingentinin və hərbi polisin müşayiəti ilə İrəvan-Xankəndi marşrutu ilə gətirilib”, - məlumatda qeyd edilib.
Rusiya hərbçilərinin təmas xətti boyunca avtobusların təhlükəsiz hərəkətini təmin etdiyi vurğulanıb.