Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Məhəmməd Cavad Zərif noyabrın 23-də Moskvada həm də Dağlıq Qarabağ məsələsini müzakirə edəcəklər.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in sözçüsü Mariya Zaxarova verib: “Noyabrın 23-də İran xarici siyasət idarəsinin rəhbəri Moskvada növbəti səfərdə olacaq. Bu səfər zamanı o Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Görüş zamanı Dağlıq Qarabağ, İranın nüvə proqramında birgə hərtərəfli iş, Suriya, Əfqanıstan və Fars körfəzindəki vəziyyət üzrə fikir mübadiləsinin davam etdiriləcəyi gözlənilir”.