Azərbaycan Ordusunun bölmələri Ağdam rayonunun Şelli kəndində üçrəngli dövlət bayrağımızı ucaldıblar.
Bu barədə Teleqraf.com AZƏRTAC-a istinadən xəbər verir.
İşğalçı Ermənistan silahlı qüvvələrinin əvvəllər yerləşdiyi hərbi hissənin ərazisi mina və digər partlayıcılardan təmizlənib.
Sonra hərbçilərimiz sıra düzülüşündə Dövlət Himnini ifa edib və Azərbaycan bayrağını ucaldıblar.