Video əlavə olunub:
***
12:10
Rusiya Müdafiə Nazirliyinin beynəlxalq ərazilərin minalardan təmizlənməsi mərkəzinin bölmələri Qarabağda minaları təmizləmə prosesinə başlayır.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Hərbi Departamenti bildirib.
Məlumatda qeyd edilib ki, Moskva yaxınlığındakı Çkalovski hava limanından Aerokosmik Qüvvələrin təyyarələri beynəlxalq ərazilərin minalardan təmizlənməsi mərkəzinin mütəxəssislərini, habelə texnika, silah və xidməti itləri sülhməramlı əməliyyat zonasına gətirib.
İrəvan hava limanına 100-dən çox hərbi qulluqçu, 13 ədəd hərbi və xüsusi texnika, o cümlədən “Uran-6” robort mina təmizləmə kompleksləri, zirehli personal daşıyıcıları texnikası çatdırılıb.
Heyət və texnikanın İrəvan-Gorus-Xankəndi şossesi ilə sülhməramlı bölgəyə çatacaq. Burada müharibədən ən çox təsirlənən ərazilərdə mühəndis kəşfiyyat, minaların təmizlənməsi və partlayıcı maddələrin məhv edilməsinə başlanacaq.