Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İordaniya Haşimilər Krallığının xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi arasında telefon danışığı baş tutub.
Bu barədə Teleqraf.com Rusiya XİN-ə istinadən məlumat verir.
Nazirlər arasında bölgədəki son vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və iki ölkə arasında mövcud münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər habelə Suriya, İsrail - Fələstin arasındakı münasibətlər daxil olmaqla qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.