25 Noyabr 2020 11:52
2 425

Rusiya sülhməramlı kontingentinin bölmələri Dağlıq Qarabağ ərazisindəki atəşkəsə riayət olunmasını izləmək üçün tapşırıqları yerinə yetirməyə davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib.

Rus sülhməramlıları tərəfindən vəziyyətin gecə-gündüz izlənməsi 23 müşahidə məntəqəsində aparılır: 12 “Cənub” məsuliyyət zonasında, 11 “Şimal” məsuliyyət zonasında.

Noyabrın 14-dən etibarən Rusiya sülhməramlıları on bir mindən çox erməninin Dağlıq Qarabağdakı əvvəlki yaşayış yerlərinə təhlükəsiz şəkildə qayıtmasını təmin etdilər.


Müəllif: Mənsur Rəğbətoğlu