25 Noyabr 2020 22:26
22 623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbi sülhməramlıları günü Xankəndi şəhərində qeyd olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, Rusiya sülhməramlılarının Xankəndidə dislokasiya olunduğu məkanda keçirilən mərasimdə şəhərin qondarma “meri” David Sərkisyan da iştirak edib. O, Xankəndi sakinləri adından onlara çoxfunksiyalı sülhməramlı missiyasına görə minnətdarlığını bildirib. Onların köməyi ilə Dağlıq Qarabağda stabil sülhün hökm sürəcəyinə ümidvar olduğunu deyib.

Qeyd edək ki, Rusiya hərbi sülhməramlıları günü Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 25 noyabr 2016-cı ildə imzaladığı fərman əsasında hər il noyabrın 25-də qeyd olunur. Sovet hərbi müşahidəçiləri ilk dəfə 1973-cü il noyabrın 25-də BMT-nin sülhməramlı qüvvələrinin tərkibində Süveyş kanalı zonasındakı və Qolan təpələrindəki vəziyyəti izləmək üçün Misirə gəliblər. Rusiya hərbi sülhməramlıları gününün tarixi buradan götürülüb.


Müəllif: Səxavət Həmid