26 Noyabr 2020 22:25
322

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, telefon danışığı zamanı tərəflər regional gündəmin aktual məsələlərini, o cümlədən Dağlıq Qarabağı müzakirə ediblər.

Bildirilir ki, Türkiyə XİN rəhbəri və NATO-nun baş katibi Şərqi Aralıq dənizi və Əfqanıstandakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.


Müəllif: Teleqraf.com