2 Dekabr 2020 10:47
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük müharibə və onun davamı olaraq imzalanan üçtərəfli sazişin nəticəsində həm də Qarabağda 100 min hektardar çox əkinə yararlı sahə Azərbaycanın nəzarətinə keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Ümumilikdə müharibəyə qədər Qarabağdakı separatçıların nəzarətində 132 min hektar əkinə yararlı sahə olub. Bu ərazilər əsasən ildə iki dəfə - payız və yaz aylarında əkilib.

Müharibə nəticəsində əkin sahəsinin ümumilikdə 70 faizindən çoxu Azərbaycanın nəzarətinə keçib.

Həmçinin indi Qarabağda mövcud olan 7 min hektar bağçılıq sahəsindən ermənilərin əlində cəmi 2 min hektar qalıb.


Müəllif: Cavad

Oxşar xəbərlər