Erməni tərəfi Şuşa meşələri istiqamətində aparılan axtarış işləri zamanı Əsgəranın şimal hissəsində, həmçinin Cəbrayıl istiqamətində 19 erməni hərbçisinin cəsədlərini tapıb.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni mətbuatına axtarışlarda iştirak edən Hunan Tadevosyan bildirib.
O əlavə edib ki, Hadrut, Füzuli, Xocavənd və Şuşa bölgəsində axtarış işləri davam edir: “Bu işlərdə itkin düşənlərin qohumları və döyüş əməliyyat zonasına tanış olan şəxslər də könüllü iştirak edir”.
Qeyd edək ki, bu günə qədər erməni tərəfi döyüş zonalarında ümumilikdə 1039 erməni hərbçisinin cəsədini tapa bilib.