Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinin əlavə danışıqlar tələb etdiyini söyləyib.
Teleqraf.com xəbər verir ki, o, bununla bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinə səylərinə ümid etdiklərini deyib.
“Dağlıq Qarabağın statusu mötərizədə deyil, bunun üçün əlavə danışıqlar aparılmalıdır. Əlbəttə ki, ATƏT-in, Fransa prezidentinin, ABŞ-ın və Dağlıq Qarabağ münaqişəsinin nizamlama prosesində iştirak edən digər dövlətlərin səylərinə ümid edirik. Hələ çox çətin bir iş var”, - Matvienko qeyd edib.