26 Dekabr 2020 00:55
1 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni cəmiyyəti və bütövlükdə Ermənistan üçün ikinci Qarabağ müharibəsindəki hərbi məğlubiyyətdən sonrakı şokdan tək çıxış yolu - ölkənin rifahı naminə yaradıcı dinc əməkdir, nəinki revanş çağırışları”.

Teleqraf.com-un məlumatına görə, bu barədə rusiyalı tanınmış siyasi ekspert və məsləhətçi, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko telegram kanalında yazıb.

Lakin onun sözlərinə görə, bunun əvəzinə hələ ki, ölkədə radikal müxalifətin Nikol Paşinyanı mümkün qədər tez və hər hansı şəkildə vəzifəsindən uzaqlaşdırmaq cəhdləri müşahidə edilir: “Paşinyan özü də heyrətamiz bir siyasi qabiliyyət nümayiş etdirir və “inqilabçı” kütlənin qışqırığı və lənətlərinə rəğmən, hələ ki, öz rezidensiyasından ayrılmaq fikrində deyil. Niyə?”

Ekspert bir neçə səbəb gətirir:

“1. Kreml Paşinyanla bağlı neytral mövqe tutub. Nikol Vovaeyviç üçtərəfli razılaşma çərçivəsində bütün öhdəliklərini yerinə yetirməli, Ermənistan və Azərbaycan arasında sərhədləri demarkasiyasına getməli və ən əsası, missiyası tam yerinə yetirilənə qədər ölkədə hakimiyyətin sabitliyini təmin etməlidir. Bundan əlavə, Paşinyan, yəqin ki, Rusiyadan siyasi zəmanət alıb ki, Kreml onun devrilməsinə dəstək verməyəcək.

2. Yerevandakı müxalifət Paşinyanı zorla devirmək üçün kifayət edəcək sayda narazı insan kütləsi toplaya bilmir. Onlar nəinki az saydadır, sadəcə, kritik kütlə şəklində deyil.

3. Ermənistan əhalisinin əhəmiyyətli bir hissəsi faktiki olaraq yeni siyasi gerçəyi qəbul edib - Qarabağ Azərbaycandır və əbədi olaraq belə olacaq.

4. Və nəhayət, ən əsası, ordu və dövlət təhlükəsizlik orqanları (MTX) hələ də Paşinyana sadiqdirlər.

Bəs vəziyyət dəyişəcəkmi? Bunu önümüzdəki bir neçə həftənin hadisələri göstəriləcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər