6 Yanvar 2021 20:25
1 716
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 gün davam edən Dağlıq Qrabağ müharibəsi Ermənistanın məğlubiyyəti, Azərbaycanın qələbəsi ilə başa çatdı. Rusiyanın vasitəçiliyi ilə imzalanan müqavilədən sonra Ermənistan işğal etdiyi ərazilərdən geri çəkildi. Rus sülhməramlıları bundan sonra Dağlıq Qarabağın mərkəzində patrul xidmətini həyata keçirməyə başladılar.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Haber 7” saytı yazıb.

Məlumatda qeyd edilib ki, Ermənistanın ağır itki verdiyi müharibədə Azərbaycanı üstün edən ən vacib amillərdən biri də Türkiyə pilotsuz uçan aparatları (PUA) və İsrailin kamikadze dronları olub:

“Müharibədə Ermənistanın bir çox silah sistemi məhv edilib. Bunlardan biri də Ermənistana məxsus Rusiya istehsalı olan “S-300” hava hücumundan müdafiə sistemi idi. Aylar sonra Qarabağda “S-300” sistemlərinin məhv edilməsi ilə bağlı yeni videogörüntülər ortaya çıxıb.

Sistemlərin kamikadze dronları ilə məhv edildiyi bəlli olur. Videoda “S-300”-ün üstünə uçan kamikadze dronunun səsi səsi açıq şəkildə eşidilir və bir anda partlayış baş verir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 27-də başlayan müharibənin ilk günlərində “S-300”-lərin Xocavənd ətrafında məhv edildiyini açıqlamışdı”.

Hadisənin videogörüntülərini təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər