8 Yanvar 2021 13:39
5 538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistann Baş naziri Nikol Paşinyan Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin Qarabağla bağlı üçtərəfli bəyanatında erməni tərəfi üçün prioritet məqamları açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, N.Paşinyan “Facebook”dakı səhifəsində yazır ki, İrəvan üçün ilk növbədə bəyanatın 8-ci bəndinin reallaşdırılması, yəni əsirlərin, girovların və saxlanılan şəxslərin tammiqyaslı mübadiləsi, həmçinin, döyüş əməliyyatları zonasında axtarış-xilasetmə əməliyyatlarının miqyasının genişləndirilməsi vacibdir.

Sonra Ermənistan hakimiyyəti regionda nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılmasını prioritet hesab edir ki, bu da həm Azərbaycan ərazisindən keçməklə Ermənistandan Rusiya və İrana yüklərin daşınmasını, həm də Ermənistan ərazisindən keçməklə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına nəqliyyat kommunikasiyasını nəzərdə tutur.

Paşinyan üçtərəfli bəyanatda Ermənistan ərazisi ilə əlaqədar hər hansı “Mehri” və ya “dəhliz” sözünün olmadığını vurğulayıb. Həmçinin, onun sözlərinə görə, Ermənistandan Rusiyaya və Azərbaycandan Naxçıvana marşrutların seçimi ayrıca müzakirə predmetidir, bunun effektivliyi hərbi əsirlər və ölülərin cəsədlərinin axtarılması probleminin necə həll olunmasından asılıdır.


Müəllif: Səxavət

Oxşar xəbərlər