10 Yanvar 2021 23:29
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sülhməramlıları iyirmi üç müşahidə postunda atəşin dayandırılması rejiminə riayət edilməsinə nəzarət və monitorinqi gecə-gündüz həyata keçirir. Bütün təmas xətti boyunca atəşin dayandırılması rejiminə riayət edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirib.

Qeyd edilir ki, 2020-ci ilin 23 noyabrından Dağlıq Qarabağda Rusiyanın Müdafiə Nazirliyinin Beynəlxalq mina əleyhinə mərkəzinin mütəxəssisləri tərəfindən 479,2 hektar ərazi, 182,8 kilometr yol, 710 tikili, həmçinin 22 ictimai əhəmiyyətli obyekt partlamamış döyüş sursatlarından təmizlənilib, 23 087 partlayış təhlükəsi olan predmet aşkar olunaraq zərərsizləşdirilib.

Bu müddət ərzində “qaynar xətt”ə Dağlıq Qarabağ müharibəsində itkin düşənlərlə bağlı 574 müraciət daxil olub. Bütün müraciətlər barışıq üzrə mərkəzin axtarış qruplarına göndərilib.

Rusiya sülhməramlı kontingentinin cavabdehlik daşıdığı zonada baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri əlaqələndirmək məqsədilə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər