14 Yanvar 2021 00:15
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sülhməramlıları atəşkəs rejiminin pozulduğunu qeyd etməyiblər.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Sülhməramlı Tərəflərin Barışıq Mərkəzi rəhbərinin müavini Dmitri Perepelkin bildirib.

Onun sözlərinə görə, təmas xəttində və Laçın dəhlizində yerləşdirilmiş 27 müşahidə postunda bölgədəki vəziyyətə gecə-gündüz monitorinq aparılır: "Atəşkəs pozuntuları qeydə alınmayıb".

Qeyd edək ki, bu gün erməni KİV-ində Azərbaycan Silahlı Qüvvələrinin atəşkəsi pozması və nəticədə erməni əsgərinin yaralanması barədə məlumatı yayılıb.

Azərbaycan ordusu atəşkəsi pozmayıb - MN erməni KİV-in iddialarını təkzib etdi

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı Trend-ə açıqlamasında Azərbaydan Ordusu 2020-ci il noyabrın 10-da əldə olunan üçtərəfli razılaşmaya sadiq olduğunu və Azərbaycan Ordusunun atəşkəsi heç bir halda pozmadığını bildirib.


Müəllif: Teleqraf.com