“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 10-da Dağlıq Qarabağdakı altı həftəlik hərbi əməliyyatlara son qoyan üçtərəfli bəyanatında heç bir gizli əlavələr yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.
“Gizli əlavələr yoxdur. Hansı mövzuların “sirli məsələ” ola biləcəyini başa düşmürəm”, - Lavrov qeyd edib.