29 Yanvar 2021 16:42
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağda atəşkəs rejiminə nəzarət üçün yaradılan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yanvarın 30-da Ağdam rayonunda fəaliyyətə başlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti məlumatlı mənbəyə istinadən xəbər yayıb.

“Mərkəz artıq sabahdan etibarən fəaliyyətə başlayacaq”, – deyə agentliyin həmsöhbəti bildirib.

Monitorinq pilotsuz uçuş aparatlarının köməyi ilə də aparılacaq. Mərkəzə 60 rus və 60 türk hərbçisi cəlb olunub.

Daha əvvəl Rusiya Müdafiə Nazirliyi rus hərbi qulluqçuların Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində işləməyə hazırlaşdıqlarını bildirmişdi. Qeyd edilmişdi ki, hazırlıq zamanı hərbi qulluqçular birgə mərkəzin strukturunu, hədəflərini, vəzifələrini və funksiyalarını, işinin təşkili qaydasını, eyni zamanda ərazilərində tapşırıqların yerinə yetirilməli olduğu ölkənin mədəniyyətini, adət-ənənələrini və xüsusiyyətlərini öyrənirlər.

Rusiya MN-nin açıqlamasında mərkəzin tərkibinə daxil olacaq rus hərbçilərin atəşkəs rejiminin monitorinqi tapşırıqlarını birgə yerinə yetirmək üçün hazırlıq keçdiyini və Azərbaycan ərazisinə getməyə hazırlaşdıqları qeyd olunurdu.


Müəllif: Səxavət

Oxşar xəbərlər