Qarabağda aparılan axtarış işləri nəticəsində daha 9 erməni hərbçinin cəsədi tapılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Xankəndidəki separatçı rejim məlumat yayıb.
Məlumata görə, cəsədlər Füzuli rayonu ərazisində aşkar olunub. Qurbanların şəxsiyyətlərini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin edilib.
Bu gün axtarışlar Hadrut ərazisində aparılacaq.
Qeyd edək ki, 1 fevral tarixinədək aparılan axtarış işləri nəticəsində 1354 erməni hərbçinin cəsədi tapılıb.