2 Fevral 2021 13:30
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli azərbaycanlı fotoqraf Reza Diqqəti Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş əzəli torpaqlarımızda gördüklərini lentə alır. Tanınmış soydaşımız viran qalmış yurd yerlərimizdə, dağıdılmış şəhər və kəndlərdə erməni vəhşiliklərinin izlərini dünyaya çatdırmaq üçün Azərbaycanda növbəti səfərdədir. R.Diqqəti artıq işğaldan azad olunan bir neçə rayonda olaraq oradakı mədəni və ekoloji terroru lentə alıb və dünya mətbuatında işıqlandıra bilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tanınmış fotoqraf budəfəki səfərində Kəlbəcər Rayon Polis Şöbəsinin qonağı olub.

O, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən görülən işləri yaxından müşahidə edə bilib.

R.Diqqəti daxili işlər orqanları əməkdaşlarının xidməti fəaliyyətini yerinə yetirməsinin onda xoş təəssürat yaratdığını bildirib, bir neçə foto və video hazırlayıb, polis əməkdaşlarının xidməti şəraiti ilə yerində tanış olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər