4 Fevral 2021 15:39
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad edilən Şuşa şəhərindəki İsa bulağına yeni yol çəkiləcək.

Bu barədə Teleqraf.com-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, həmin yol uzunluğu təxminən 101 kilometr olan Füzuli - Şuşa avtomobil yolunun tikinti layihəsin çərçivəsində həyata keçiriləcək:

"Yeni trassa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa bulağınadək əlavə 2 km-lik II texniki dərəcəli yolun inşa edilməsi də daxil edilib. 2 hərəkət zolaqlı olacaq İsa bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsi ilə keçməklə inşa ediləcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər