Fevralın 5-də Hadrut istiqamətində aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində həlak olmuş daha bir hərbçinin cəsədinin qalıqları tapılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni tərəfi məlumat yayıb.
“Mərhumun şəxsiyyəti məhkəmə tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək. Axtarış işləri bu gün Hadrut və Cəbrayıl ərazilərində davam etdirilir”, – deyə məlumatda bildirilir.
O da qeyd edilib ki, 13 noyabr 2020-ci ildən 5 fevral 2021-ci ilədək 1365 cəsəd tapılıb.