16 Fevral 2021 22:44
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 16-da Azərbaycan Qarabağdakı ermənilərə ötənilki döyüşlərdə məhv edilmiş 106 nəfərin meyitinin qalıqlarını təhvil verib.

Teleqraf.com-un məlumatına görə, bununla bağlı erməni mediası Qarabağdakı terrorçu qruplaşmanın başçısı Araik Arutyunyan feysbukda yazıb. A.Arutyunyan bildirib ki, razılaşmaya əsasən, Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə Azərbaycan tərəf 44 günlük müharibədə öldürülmüş 106 nəfərin meyitini onlara verib. O əlavə edib ki, ölənlərin meyitlərinin axtarışları davam etdirilir.

A.Arutyunyanın sözlərinə görə, 1990-cı illərdə həlak olanların meyitlərinin qalıqlarıının tapılması və əvəzlənməsi istiqamətində də səylər artırılıb.

Qeyd edək ki, bu günə qədər Qarabağ erməniləri döyüş meydanından 1379 meyit toplamışdılar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər