“Ermənilər Kəlbəcərdə hətta ağacları da xüsusi vandallıqla kəsiblər”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan əsilli fransalı fotoqraf Rza Diqqəti deyib.
Məşhur fotoqraf işğalçı ermənilərin işğal etdikləri Azərbaycan ərazilərinin ekologiyasına ciddi zərər verdiklərini bildirib:
“Ekoloji sistemi zədələyərək və ya məhv edərək ətraf mühitin ədalət prinsiplərini pozan hər kəs cinayət məsuliyyətinə cəlb olunmalıdır. Erməni qüvvələri 1992-ci ildə Kəlbəcər sakinlərinə getmək və ya ölmək üçün 10 saat vaxt verdilər. Məcbur qalaraq gedən azərbaycanlıların evlərini və bütün əşyalarını qarət etdilər.
Amma 2020-ci ildə məğlub olduqdan sonra ermənilərə işğal etdikləri ərazilərdən çıxmaq üçün 15 gün vaxt verildi və bütün əşyalarını götürməyə imkan yaradıldı.
Bu yaxınlarda Kəlbəcərdə olarkən minlərlə ağacın necə kəsildiyini və Ermənistana aparıldığını görəndə göz yaşına boğuldum. Köməkçim Anar qəbiristanlıqda əzizlərinin məzarı üstündə olduğu kimi, gözləri yaşlı dua edərək əlini ağaclardan birinə qoyanda heyrətləndim.
Hətta ermənilərin ağacları xüsusi vandallıqla kəsdikləri halları da gördüm.
28 ildən sonra öz yurduna qayıdan bir qaçqınla Kəlbəcərdə rastlaşdım. Gözləri yaş içində bir Azərbaycan atalar sözü dedi: “Ağacı kəsən baş da kəsər”.
Dedi ki, ermənilər Xocalıda da günahsız insanlarla eyni cür davranmışdılar”.